Vergi və digər qanunvericiliklərə dəyişikliklər (PDF)
2026 üzrə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər
2026-cı ildən qüvvəyə minən vergi və sosial qanunvericilik dəyişikliklərinin icmalı
2026-cı il yanvarın 1-dən etibarən Azərbaycanda fiziki şəxslərin gəlir vergisi, sosial və tibbi sığorta haqları, ODV, sadələşdirilmiş vergi 2026 və sahibkarlıqla bağlı bir sıra mühüm dəyişikliklər qüvvəyə minir.
Fiziki şəxslərin gəlir vergisi
2026 vergi məcəlləsinə dəyişikliklər
Özəl sektorda yeni gəlir vergisi dərəcələri tətbiq olunur:
2,500 manatadək - 3% (2026), 5% (2027), 7% (2028)
2,500–8,000 manat aralığında - 75–175 manat + 10%
8,000 manatdan yuxarı - 625–725 manat + 14%
Əsas iş yerində 2,500 manatadək aylıq gəlirin 200 manatı, illik 30,000 manatadək gəlirin 2,400 manatı vergidən azaddır.
Sosial və tibbi sığorta haqları
Yeni dərəcələr:
Sosial sığorta: 3% (200 manatadək), daha sonra 786 manat + 10%
İcbari tibbi sığorta: 2% (2,500 manatadək), daha sonra 0.5%
İşsizlik sığortası: 0.5% - dəyişiklik yoxdur
ƏDV və POS əməliyyatları
ƏDV üzrə məcburi qeydiyyat limiti 200,000–400,000 manata qədər artırılır
İctimai iaşə sahəsində POS əməliyyatları 6%, nağd əməliyyatlar 8% dərəcə ilə sadələşdirilmiş vergi ilə hesablanır
POS əməliyyatlarının 50%-i ƏDV bazasından çıxılır
Sadələşdirilmiş vergi 2026 və yeni dərəcələr
POS-terminal ilə xidmət göstərənlər üçün sadələşdirilmiş vergi 3 il müddətinə 6%-ə endirilir
İctimai iaşə sahəsində vergi öhdəlikləri POS və nağd əməliyyatlara görə ayrı-ayrılıqda hesablanır
Naxçıvan Muxtar Respublikasında vergi güzəştləri
Rezidentlər 10 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən azad olunur
İstehsal məqsədilə avadanlıq və xammal idxalı ƏDV-dən azaddır
Sosial sığorta haqları dövlət tərəfindən 100%-ə qədər subsidiyalaşdırılır
Elektron audit və üfüqi monitorinq
“Üfüqi Monitoring” sistemi tətbiq olunur - klassik yoxlamalara alternativ
Monitorinq iştirakçıları kameral və səyyar yoxlamalardan azad olunur
Risklər əvvəlcədən açıqlanarsa - maliyyə sanksiyası tətbiq edilmir
Amortizasiya metodları seçilə bilər: düz xətt və azalan qalıq
Bu dəyişikliklər şəffaflığı artırmaq, rəqəmsallaşmanı genişləndirmək və sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Sofistico sizə yeni tələblərə uyğunlaşmaq və vergi risklərini minimuma endirmək üçün hüquqi və maliyyə dəstək göstərməyə hazırdır.